Valentina Matviyenko həftənin sonuna qədər Türkiyəyə səfər edəcəkbackend

Valentina Matviyenko həftənin sonuna qədər Türkiyəyə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Federasiya Şurasının sədri Valentina Matviyenko bu həftənin sonuna qədər Türkiyəyə səfər etmək niyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri türkiyəli həmkarı ilə danışıqlardan sonra məlumat verib. “Biz parlamentlərarası mübadilənin intensivləşməsini alqışlayırıq.

Bir neçə gündən sonra Federal Məclisimizin Federasiya Şurasının sədri Valentina İvanovna Matvienko Ankarada rəsmi səfərdə olacaq”, – Sergey Lavrov deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl rusiyalı nazir Türkiyəyə səfər etmişdi.

//Samir Qurbanov, Editor.az