Federasiya Şurasının spikeri Valentina Matviyenko hesab edir ki, Ukraynada Qələbə Gününün qeyd edilməsi kinlilikdən irəli gəlir.
O, bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Stepan Bandera və Roman Şuxeviçi “milli qəhrəman rütbəsinə” yüksəldir. O, Qırmızı Ordunun əleyhdarlarını Adolf Hitlerin silahdaşları adlandırıb. Onların Qələbə şərəfinə tədbirlər keçirməyə hansı mənəvi haqqı var? – Matvienko bildirib.
Eyni zamanda, Valentina Matvineko bəyan edib ki, guya Ukrayna vətəndaşlarına Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələrə gül dəstələri qoymağa icazə verilmir. “Bir sıra ölkələrdə baş verənlərə baxın, onlar abidələri sökürlər, eyni Avropa dövlətlərini azad edərkən həlak olmuş əsgərlərin abidələrinə qarşı mübarizə aparırlar”, – spiker deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Kiyevdə Avropa ölkələrinin nümayəndələrini toplamaq niyyətindədir. Bu, Moskvada hər il keçirilən Qələbə Paradına alternativ parad olacaq.
//Samir Qurbanov, Editor.az