Valeri Zalujnı 2024-cü ildə Rusiya təcavüzünə qarşı müharibədə üç əsas məqsədi açıqlayıbbackend

Valeri Zalujnı 2024-cü ildə Rusiya təcavüzünə qarşı müharibədə üç əsas məqsədi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı Rusiya təcavüzünə qarşı müharibədə səylərin cəmlənməsinin üç əsas məqsədini qeyd edib.

Editor.az bildirir ki, bu barədə o, CNN-ə verdiyi müsahibədə bəhs edib. “Beləliklə, 2024-cü ildə biz əsas səylərimizi üç istiqamətə yönəltməliyik: Silahlı Qüvvələrimizin yüksək texnoloji avadanlıqlarla təmin edilməsi sisteminin yaradılması, onların istifadəsi vasitələri və üsullarında məhdudiyyətləri nəzərə alan yeni təlim və döyüş əməliyyatları fəlsəfəsinin tətbiqi, mümkün qədər tez yeni döyüş qabiliyyətlərini mənimsəmək”.

Onun sözlərinə görə, Ukrayna artıq düşməni məhv etmək və dövlətçiliyin mövcudluğunu təmin etmək imkanlarına malikdir. “Məqsədimiz indiki məqamdan istifadə etmək olmalıdır – düşmənə maksimum zərər vurmaq, təcavüzü dayandırmaq və gələcəkdə Ukraynanı ondan qorumaq üçün bizə daha az resurs sərf etməyə imkan verəcək ən son döyüş imkanlarını toplamaq”, – Zalujnı vurğulayıb.

//Samir Qurbanov, Editor.az