Valeri Zalujnı: Ukrayna böyük hərbi əməliyyata hazırlaşır, lakin…backend

Valeri Zalujnı: Ukrayna böyük hərbi əməliyyata hazırlaşır, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri böyük hərbi əməliyyata hazırlaşır.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının The Economist-ə müsahibəsində deyilir. “Belə resurslarla mən yeni böyük əməliyyatlar apara bilmərəm, baxmayaraq ki, hazırda onlardan biri üzərində işləyirik. Artıq yoldadır, amma hələ görünmür”.

Zalujnı izah edib ki, mərmilərin sayı təkcə Ukrayna ordusunda deyil, Qərbdəki müttəfiqlərimizdə də məhduddur. Çümki onlar çox bahadır və həddindən artıq istifadə edilərsə, Avropanın “yaşamağa heç nəyi qalmayacaq”. Buna görə hazırlanan əməliyyat çoxlu mərmi tələb etməyəcək.

  //Samir Qurbanov, Editor.az