“Valideyn direktora “yaxşı ki övladıma o şilləni vurmusunuz” deməli idi” -Təhsil ekspertibackend

“Valideyn direktora “yaxşı ki övladıma o şilləni vurmusunuz” deməli idi” –Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideyinlərimizin müəllimlərimizə “əti sənin,sümüyü mənim”, bizlərə isə “məktəbdə sənin atan da, anan da müəllimindir” deyilən bir dövrdə böyümüşük çoxumuz… Düşünmürəm ki, pis təlim- tərbiyə görmüşük. Əksinə, müəllimlərimiz bizə valideyn qayğısı göstərib,biz də müəllimlərimizə, valideyinlərimizə göstərdiyimiz hörmətin eynisini göstərmişik. Səhv hərəkətimiz olduğunda başa salıblar, təkrar eyni səhvi etdikdə vurduqları da olub. Bu “vurmaq” bizdə etdiyimiz səhvi dərk etməyimizə səbəb olub. İndi bizə ağır gələn nədir? Hər fürsətdə müəllimi günahkar bilib daha sonra ondan nə tələb edə bilərik?”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil eksperti bildirib ki, valideyn evdə övladına necə tərbiyə verirsə, o da məktəbdə eyni tərbiyəni nümayiş etdirir:

“Nə qədər etiraf edilməsə də evdə təhlükəli hərəkət, nadinclik edəndə valideynlər də övladlarını vura bilir. Diqqət etsəniz döyə bilər demirəm, halbuki döyənlər də az deyil. Düşünürəm ki, baş verən son hadisədə valideyn direktora “yaxşı ki övladıma o şilləni vurmusunuz” deməli idi. Təhsildə olan problemləri nə Təhsil Nazirliyinin,nə direktorun, nə də müəllimin üstünə atmaqla həll etmək olmaz.Valideyn olaraq övladımızın qayğısına qalıb həm problemləri, həm də təhsili ilə maraqlanmalıyıq”.

//Gülnarə Abasova, Editor.az