Van-İran sərhədində inşa edilən təhlükəsizlik divarının 170 kilometri tamamlanıbbackend

Van-İran sərhədində inşa edilən təhlükəsizlik divarının 170 kilometri tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vanda qeyri-qanuni keçidlərin, qaçaqmalçılıq fəaliyyətlərinin və terrorçuların sızmasının qarşısını almaq üçün İran sərhədində tikilən təhlükəsizlik divarının 170 kilometri tamamlanıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, qonşu ölkə ilə 295 kilometrlik sərhəd xəttinin təhlükəsizliyinin təmin edilməsi və qanunsuz fəaliyyətə qapadılması məqsədilə mühafizə divarının və gözətçi qülləsinin tikintisi və xəndəklərin qazılması işləri davam etdirilir.

İndiyədək 170 kilometrlik hissə boyunca təhlükəsizlik divarı inşa edən qruplar, qeyri-qanuni mühacirlərin İran üzərindən Türkiyəyə keçməsinin qarşısını almaq üçün başladılan işlərdə Başkale bölgəsində işlərini davam etdirir.

Ankara Jandarma Mühəndislik Komandanlığına bağlı Xüsusi Mina Axtarış və Təmizləmə Taburu Komandanlığı qrupları divar tikintisi və xəndək qazma işlərinin daha təhlükəsiz şəkildə aparılması üçün sərhəddə minaları təmizləyir.

Daha sonra podratçı şirkətlər tərəfindən yaradılmış beton zavodlarında istehsal olunan beton bloklar iş maşınları ilə əvvəlcədən hazırlanmış sərhəd xəttinə düzülür.

Sərhəddən qanunsuz keçidlərin tam qarşısının alınması məqsədilə mühafizə divarının qarşısından eni 4 metr, dərinliyi 4 metr olan xəndək qazılır.

İndiyədək sərhəd xətti boyunca bəzi ərazilərdə iki sıra olmaqla 346 kilometr uzunluğunda xəndəklər qazılıb. Sərhəddəki 103 elektro-optik qüllədən 74-ü, o cümlədən rabitə və müşahidə işləri başa çatdırılıb, 29-nun elektrik verilişi xəttinin çəkilişi davam etdirilir.

75 lego və 17 monoblok qüllənin tikintisinin qısa müddətdə başa çatdırılması ilə ümumilikdə 210 qüllə ilə sərhəd xəttinin daimi nəzarətdə saxlanılması planlaşdırılır.

Tikintisi başa çatan 170 kilometrlik mühafizə divarının 154 kilometrlik hissəsində iki və üç sıra ülgüc məftilləri çəkilib.

//Səbinə Hüseynli, Editor.az