Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev həbs edilib.
Editor.az Gununsesi.info-ya istinadən xəbər verir ki, xidmət rəisinin həbsinə səbəb onun rüşvət olması olub.
Bir neçə saat əvvəl Bakı Hərbi Məhkəməsi tərəfindən Vüsal Babayev barəsində həbsqətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

