Vaqif Cavadov özünə Qazaxıstanda iş tapdı, Emil Balayev də ona qoşula bilərbackend

Vaqif Cavadov özünə Qazaxıstanda iş tapdı, Emil Balayev də ona qoşula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin və “Qarabağ”ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

Editor.az  xəbər verir ki, Qazaxıstanın “Aktobe” klubundan sonra Türkistan şəhərini təmsil edən “Turan” klubu da onun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisinin baş məşqçisi, məşhur osetin məşqçi Valeri Qazzayevin oğlu Vladimir Qazzayev onu “1 nömrə” gözündə görür. 27 yaşlı qapıçı ilə danışıqlara artıq start verilib.

Qeyd edək ki, Balayev 2019-cu ildə məhz Vladimir Qazzayevin rəhbərliyi altında Qazaxıstanın “Tobol” klubunda çıxış edib. O həmin klubdan erməni əsilli Qriqori Babayanın baş məşqçi təyin edilməsindən sonra ayrılıb.

Xatırladaq ki, “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədər olan Emil Balayev gürcü qapıçı Luka Quqeşaşvilinin transferindən sonra komandanın 3-cü qapıçısına çevrilib. O, hazırda “Qarabağ”ın tərkibində Fransanın Marsel şəhərindədir.

Millimizin sabiq futbolçusu Vaqif Cavadov isə artıq bu komandanın üzvü sayıla bilər. O, Vladimir Qazzayevin məşqçilər korpusunda yer alacaq. Bunun üçün Cavadov hazırda komanda ilə birgə Antalyada təlim-məşq toplanışında iştirak edir.