“Vaqner”çilər bu azərbaycanlılara işgəncə verib – ŞOK FAKTLAR + Videobackend

“Vaqner”çilər bu azərbaycanlılara işgəncə verib – ŞOK FAKTLAR + Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

 

O bildirib ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub.

“Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var. O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib:

“Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: