Malidə Russiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları darmadağın edilib. Bu zaman məşhur təbliğatçı Nikita Fedyanin də öldürülüb.
Editor.az Telegram kanallarına istinadən xəbər verir ki, o, bir müddət Mərkəzi Afrika Respublikasında olub, sonra isə “Mali ordusunun fəaliyyəti haqqında bir sıra reportajlar hazırlamaq üçün ora gedib”. “Çeka-NQPU”nun Rusiya layihəsi yazır ki, təbliğatçı Lipetskdəndir. Bu ilin əvvəlində o, yeni müqavilə imzalamaq üçün universiteti tərk edib və Mərkəzi Afrika Respublikasına yollanıb.
Jurnalistlər təbliğatçının anası ilə danışıblar: “Nikita anasından timsah dəriləri də daxil olmaqla bəzi qənimətləri vermək üçün Afrikaya uçmağı xahiş edib. Bəzi qiymətli əşyaları isə dostları vasitəsilə Moskvaya göndərib. Təxminən bir həftə əvvəl isə Afrikada olan Nikita xəbərdarlıq edib ki, o başqa yerə köçürüləcəyi ilə əlaqədar əlaqə qura bilməyəcək”.
//Samir Qurbanov, Editor.az

