Ukraynanın Baxmut şəhərində qarşıdurmaların davam etdiyi bir vaxtda Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojindən yeni iddia gəlib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Baxmut şəhərini daha əvvəl tamamilə ələ keçirdiklərini iddia edən Priqojin iyunun 1-dək şəhəri rus ordusuna təhvil verəcəklərini vəd edib.
Priqojin sosial şəbəkədə yerləşdirdiyi səs yazısında “Vaqner mayın 25-dən iyunun 1-dək Artemovskdan (Baxmut) ayrılacaq” və Vaqnerin şəhərin qərbində “müdafiə xətləri” qurduğu bildirilib.
Onu da qeyd edək ki, əvvəl Baxmut Artemovsk kimi tanınırdı. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna qüvvələrinin şəhərdə olduğunu və irəlilədiyini bildirib və əlavə edib ki, Ukrayna qoşunları hələ də şəhərin “Litak” ərazisində bəzi məntəqələrə nəzarət edir.
//Safura Bənnayeva, Editor.az