Həftə sonu 1999-cu ildən bəri hakimiyyəti üçün ən böyük sınaq olan Vaqner üsyanından sağ çıxan Rusiya prezidenti Vladimir Putin, hakimiyyəti dövründə tez-tez görülməyən bir şəkildə xalqın arasına endi.
Qurban bayramının ilk günü Putin Rusiyanın əsasən müsəlmanların yaşadığı Dağıstan ərazisinə səfər edib. Dərbənd şəhərində qədim qala və tarixi məscidi ziyarət edən Putin tərəfdarlarını öpüb, onlarla şəkil çəkdirib və əl sıxıb. İnsanlar isə Putini alqışlayırdı.
Editor.az The Guardian-a istinadla bildirib ki, Putin ötən həftə Vaqner muzdlu qruplaşmasının üsyanından sonra imicini bərpa etməyə çalışır. Britaniyada çıxan qəzet Rusiya liderinin “xalq hələ də mənim arxamdadır” mesajını çatdırmağa çalışdığını diqqətə çəkib. Səfər zamanı Putin Dağıstan Respublikasının Prezidenti Sergey Melikovla görüşüb və Vaqner üsyanı zamanı ictimaiyyətin onu dəstəklədiyinə bir dəfə də şübhə etmədiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

