Vardanyan hələ belə təhqir edilməmişdibackend

Vardanyan hələ belə təhqir edilməmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşlığından imtina edərək Qarabağda məskunlaşan iş adamı Ruben Vardanyanı BBC-nin efirində sözün əsl mənasında təhqir edib, aşağılayıblar. Separatçıların nümayəndəsi, “dövlət naziri” dünyaca məşhur bu media strukturu ilə müsahibəyə dəvət ediləndə elə düşünürdü ki, əsas məsələ Laçın dəhlizi ətrafında yaşananlar olacaq. Lakin arzusu ürəyində qalıb. Jurnalist faktiki olaraq hər sualında onun Rusiyanın layihəsi olduğunu, prezident Vladimir Putinə yaxın oliqarxlar şəbəkəsinə daxil olduğuna eyham vurması Vardanyanı qəzəbləndirib. Hətta onu çirkli pulların yuyulmasında da əli olduğunu billdiriblər.  Vardanyanın bütün müsahibə boyu ünvanlanan suallardan yayınmağa çalışması da diqqət yayınmayıb.

Beləliklə, BBC-nin “Hard Talk” verilişində keçmiş separatçı rejimin “naziri” vəzifəsini daşıyan bu şəxslə jurnalistin debatı qarşılıqlı ittihamlar üzərində qurulub. Ənənəsinə sadiq qalaraq faktları təhrif edən Vardanyan əvvəlcə minillər ərzində Qarabağda yaşadıqlarını iddia etməyə çalışıb. Lakin jurnalist Stefen Saçkur buna etinasız qalıb. Ardınca da Ruben Vardanyan onu manipulyasiya etməkdə, yalan məlumatlara üstünlük verdiyini iddia edib. Bu suallar isə nədən ibarətdir? Jurnalist onu Rusiya prezidenti Vladimir Putinin adamı olduğunu, məhz orada milyonlar qazanaraq bura gəldiyini dedikdə, Vardanyan bundan qəzəblənərək, onu yalan danışmaqda günahlandırıb. Onun Putinin nəzarəti altında olan oliqarxlar şəbəkəsinə daxil olduğunu təkzib etməyə çalışıb. Separatçıların nümayəndəsi sərt suallar qarşısında aciz qalıb və ünvanlanan sualları başqa səmtə yönəltməyə çalışıb. BBC-nin əməkdaşı Azərbaycanın Qarabağda qələbəsinin tarixi adlandırması isə Vardanyanı lap əsəbiləşdirib.

Jurnalistin dəfələrlə “Ermənistan hətta Qarabağdan imtina edib” sualına cavab olaraq isə jurnalisti anlaqsız olmaqda ittiham edib. BBC əməkdaşının ən sərt formada səsləndirdiyi ittiham isə Vardanyanın nə Qarabağda, nə də Ermənistanda müsbət qarşılanması ilə bağlı olub. Sualdan qəzəblənən Vardanyan övladının belə burada hərbi xidmətdə olduğunu iddia edib.

Yeri gəlmişkən, müsagibədə başqa bir maraqlı məqam ondan ibarətdir ki, Vardanyan bütün müsahibə boyu Ermənistanın artıq onlardan imtina etməsi barəsə sualdan yayınmağa çalışıb. Halbuki, nə Ermənistan cəmiyyətində, nə də Qarabağda  onu sevmir, qəbul etmirlər. Erməni separatçıların lideri Araik Arutyunyanla onun arasında isə artıq problemlər yaşanır. Və baş nazir Nikol Paşinyan onun istefası məsələsini gündəmə gətirib.

Nəticə odur ki, müsahibə zamanı Vardanyanın ortaya qoyduğu mövqe bir daha onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olduğu, Paşinyana müxalif olduğunu sübut etdi. Jurnalistin müsahibəsinin erməni seqmentində doğurduğu ajiotaj isə şok olub. Belə ki, onlar BBC-nin təqdim etdiyi müsahibəni Azərbaycanın sifarişi ilə həyata keçirdiyini iddia etməyə çalışıblar.

milli.az