“Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır” – ABŞ institutubackend

“Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır” – ABŞ institutu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır”.

Editor.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.

Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların “dövlət naziri” (baş nazir) təyin olunub.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.