Vardanyan Qarabağda özbaşınalıq edir- Qərəzli açıqlamaların səbəbi nədir?-ŞƏRHbackend

Vardanyan Qarabağda özbaşınalıq edir- Qərəzli açıqlamaların səbəbi nədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vardanyan getdikcə təhlükənin daha da yaxınlaşmasından ciddi şəkildə əndişələnir. Günlər öncə Vardanyan Rusiya vətəndaşlığından məhrum ediləndə çoxları Kremlin onun qələmini “qırdığı” düşüncəsinə gəlmişdi. O zaman bildirmişdim ki, bu “rus şousudur”. Artıq Vardanyanın məkrli açıqlamalar verməsi dediklərimizin sübutu anlamına gəlməkdədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə, Ruben Vardanyan rus sülhməramlılarının Vətən Müharibəsində Azərbaycan tərəfinin parlaq qələbəsindən sonra Xankəndidəki qondarma rejimin ömrünün uzanmasının zəmanəti rolunda olduğunu yaxşı bilir:

“Onun üçün də bu cür sərsəm açıqlamalar verir. O həm də rus sülhməramlılarının sayının az olması barədə fikirlərlə əslində iz azdırır. Bilirsiniz ki, Rusiya sülhməramlılarının Qarabağda nəzərdə tutulan saylarından qat-qat çox olması ilə bağlı fikirlərə tez-tez rast gəlirik. Düşünürəm ki, bu Vardanyanın boş-boş xülyalara qapılmasından başqa bir şey deyil. Azərbaycan Prezidenti dəfələrlə rus sülhməramlarının Qarabağda qalan müddətlərindən danışıb və günlər öncə yerli telekanallara müsahibəsində də bu məsələyə bir daha qayıtdı. Ali Baş Komandan bu məsələdə qətiyyətli görünür və bu baxımdan inanırıq ki, 2025-ci ildə yəni nəzərdə tutulan 5 il müddət bitəndən sonra sülhməramlıları Qarabağda görməyəcəyik”.

Ekspert Xankəndi-Laçın yolundakı bir aydan çoxdur davam edən aksiyanın heç bir nəticəsinin olmadığı barədə deyilən fikirlərlə qəti şəkildə razı deyil:

“Biz öncəliklə bu aksiyalarla Xankəndinin əzəli və əbədi Azərbaycan torpaqları olduğunu bir daha dünyaya göstərdik. Göstərdik ki, tarixi torpaqlarımızdan mədəniyyət abidələrimizin, sərvətlərimizin Ermənistana daşınmasına artıq imkan verməyəcəyik. Artıq Xankəndidəki xəyalpərəstlər reallıqları kor olmuş gözləri ilə görməli, xülyalarından əl çəkməlidir. Əks halda bu aksiyalar sona qədər davam edəcək və onlar üçün daha çox fəlakətli nəticələr verəcək. Burada da birbaşa məsuliyyəti Arayik Arutyunyan və Vardanyan başda olmaqla, erməni cinayətkarları daşıyacaq. Vardanyanın erməniləri ayağa qalxmağa təşviq edəcəyi ilə bağlı dediklərinizə gəlincə, burada narahatçılığıa heç bir əsas görmürəm. Xankəndidə ermənilər o qədər də çox deyillər ki, bundan narahat olaq. 15-20 min civarındadırlar və onlar qalib Azərbaycana nə edə bilərlər? Ondan qat-qat artıq aksiya iştirakçını Xankəndi-Laçın yoluna cəmləyə bilərik. Proseslər bizim xeyrimizə cərəyan edir. Sadəcə bu prosesləri daha da sürətləndirməliyik. Çünki bizim üçün bəlkə də bir daha əlimizə düşməyəcək fürsətlər, şanslar yaranıb. Hər zaman Ermənistanın forpostu olduğu Rusiya Ukraynada ölüm-dirim savaşı aparır, dövlət bu müharibədə məğlub olarsa,  parçalana bilər. Belə bir vəziyyətdə son müsahibələrimin birində dedim, şimal qonşumuza regionun qalib ölkəsi sayılan Azərbaycan və ona qardaş olan Türkiyə ilə münasibətləri gərginləşdirmək lazımdır? Zatən son bir aydakı aksiyalarda Rusiyanın susqunluğu bunu açıq şəkildə göstərdi və Paşinyan iqtidarı durmadan giley-güzarını artırır. Azərbaycan bu vəziyyətdən maksimum yararlanmalı, Qarabağda antiterror əməliyyatına başlamalı, Xankəndi başda olmaqla Qarabağın erməni tərəfdə qalan ərazilərini tamamilə quldurlardan təmizləməlidir. Əks halda sonra gec ola bilər, bu şans da əlimizdən çıxar və bir daha əlimizə düşməyə də bilər. Azərbaycan bu antiterror əməliyyatına başlarsa, Kreml susqun mövqeyini orada davam etdirəcək və bu rus sülhməramlarının da seyrçi mövqedə qalmalarına səbəb olacaq. Çünki hazırda Rusiyanın əsas əməkdaşlıq etdiyi ölkə Türkiyədir və qardaş dövlət heç zaman rəsmi Moskvanın açıq müdaxiləsinə imkan verməz. Ola bilər ki, pərdəarxasında Rusiya nələrəsə cəhd etsin, amma bu heç bir halda əməliyyatı dayandıra bilməyəcək”.

//Safura Bənnayeva, Editor.az