Qarabağa köçən Ruben Vardanyan 4-5 sentyabr tarixində Fransada görüşlər keçirib.
Bu barədə Vardanyan özü məlumat verib.
Erməni milyarder Fransadakı görüşlərini “xüsusi bir tədbir” adlandırıb və qeyd edib ki, “orada ortaq işimizə mühüm töhfələr verə biləcək insanlarla görüşüb”.
Vardanyan məqsədinin qondarma “arsaxın” təhlükəsizliyi və inkişafı olduğunu əlavə edib.
Qeyd edək ki, Qarabağa köçən Vardanyanın separatçı-terrorçu rejimin “təmsilçisi” kimi Avropada görüşlər keçirə biləcəyini yazmışdıq. Onun “xüsusi tədbir” adlandırdığı görüş də böyük ehtimala erməni diasporu/lobbisinin üzvləri ilə müzakirələrin aparılması olub. Erməni diasporu/lobbisi və Qərbdə bəlli dairələr Qarabağda “ermənilərin statusu” iddialarını reallaşdırmaq üçün Vardanyanı dövriyyəyə buraxıb.
Publika.az

