Vardanyan yenə sərsəmlədi: “Azərbaycanın mövqeyi Rusiyanı qane etmir”-AÇIQLAMAbackend

Vardanyan yenə sərsəmlədi: “Azərbaycanın mövqeyi Rusiyanı qane etmir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruben Vardanyanın Moskva səfəri və bundan sonra daha da fəallaşması gözlənilən idi. Azərbaycan prezidenti də açıq şəkildə bəyan edib ki, qondarma “dövlət naziri” Rusiyanın iradəsini ifadə edir. Azərbaycan hakimiyyətinin onunla danışmaq fikri yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, R.Vardanyanın Qarabağa qayıtmasına icazə verilməsi çox ciddi məsələdir:

“Birincisi, Laçın yolundakı aksiyada bizim QHT fəallarımız iştirak edir, ikincisi isə Rusiya sülhməramlılarının birbaşa vəzifəsidir ki, bu cür provakotorlar Qarabağa buraxılmasın. Vardanyanın təyinatı Azərbaycan, Ermənistan hakimiyyətinə, ilk növbədə Paşinyana təzyiqlərə yönəlib. Moskvanı Azərbaycanın tutduğu birmənalı mövqe qane etmir. Son Soçi görüşündə də prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bütün planlarını alt-üst etdi. Qeyd etdi ki, Qarabağ münaqişəsi deyə bir məsələ yoxdur və Azərbaycan da bunu müzakirə etmək fikrində deyil. Ancaq Rusiya Qarabağ məsələsini daim gündəlikdə saxlamaq istəyir, bu prosesdə də Ruben Vardanyan bir alətdir”.

A.Səmədovun fikrincə, Paşinyandan da çox ciddi narazılıq var:

“Onun Qərb təmsilçilərini regiona gətirməsi Rusiyanı çox qıcıqlandırır. Buna görə də Vardanyanı populyarlaşdırmağa çalışan Moskva onu Ermənistanda hakimiyyətə gətirməyə cəhd edir. Bu mümkün olmasa da Paşinyanın Rusiya yönümlü siyasət yeritməsinə nail olmaq mümkündür. Doğrudur burada da Vardanyan bir alətdir. Lakin onun “Qarabağ kartından” istifadə edərək hakimiyyətə gəlməsinə ölkəmiz imkan verməyəcək. 2 aydan çoxdur davam edən etiraz aksiyaları qondarma “dövlət naziri”nin nüfuzuna çox böyük zərər verir. Hadisələr bu formada davam edərsə, Rusiyanın Xankəndidən çıxartmadığı Vardanyanı Qarabağ erməniləri qovub çıxardacaq. Ölkəmiz bu hadisələrə göz yummur. Görünən odur ki, danışıqlar qapalı keçirilir”.
 
//Safura Bənnayeva, Editor.az