Vardanyanın təxribatçı siyasətinin növbəti oyunu: Talonlar nə məqsəd daşıyır?-Ekspert ŞƏRH EDİRbackend

Vardanyanın təxribatçı siyasətinin növbəti oyunu: Talonlar nə məqsəd daşıyır?-Ekspert ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı-terrorçu rejimin qondarma və qanunsuz “sosial  məsələləri komitəsi”nin sədri Armen Manqasaryan sözlərinə görə, Xankəndindəki qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyanın qərarıyla Qarabağdakı hayklara bəzi ərzaqlar talonla veriləcək. Talonlar (kuponlar) yanvarın 17-dən paylanacaq, mağazalarda alışlar isə yanvarın 20-dən mümkün olacaq.

“Talonlar iki növ olacaq:

• günəbaxan yağı almaq üçün: adambaşına 1 litr, yaş məhdudiyyəti yoxdur.

• ayda adambaşına 1 kq-dan makaron, düyü, şəkər və qarabaşaq yarması almaq üçün. Yalnız 15 gün ərzində  iki dəfə: hər dəfə 0,5 kq veriləcək.

Növbələrin qarşısını almaq üçün kuponlarda məhsulların satışı üçün konkret tarix göstəriləcək. Hər bir şəxs bütün ailənin pasportlarını toplaya və bütün ailə üçün kupon ala bilər”.

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirdi ki, bu, sadəcə Xankəndi ətrafında Ruben Vardanyanın yaratdığı növbəti şoudur:

“Hərkəsə məlumdur ki, o Qarabağda qazandığı çirkli pullar vasitəsilə xeyli qanunsuz gəlir əldə edib. Bununla da oğurladığı milyardları xaricdəki hesablara daşıyıb.Talonla ərzaq paylanması məsələsi tamamilə təxribata hesablanıb. Bu gün Laçın-Xankəndi yolundan sülhməramlıların Qırmızı xaç komitəsinin humanitar məqsədli maşınları keçir. Hər hansı məhsulun çatdırılmasında qadağa yoxdur. Ona görə də bu məcburiyyətdən atılan addım deyil, növbəti təxribat üçün vasitədir. R.Vardanyan heç bir ehtiyac olmadığı halda süni talon siyasəti həyata keçirərək “yazıq” obrazı yaratmağa çalışır. Xaricdə güc mərkəzləri də bu məsələdə ondan istifadə edirlər. Bu, Laçın -Xankəndi yolunda ekofəalların aksiyalarını gözdən salmağa, etirazları dayandırmaq üçün beynəlxalq təzyiqləri çoxaltmağa yönəlmiş saxtakarlıqdır”.

//Safura Bənnayeva, Editor.az