Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın Laçın postunda saxlanıldığı haqda xəbərlər yayılıb.
“Yeni Sabah” xəbər verir ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabend əri ilə əlaqənin kəsildiyini, onun həbsi ilə bağlı xəbərləri Azərbaycan mətbuatında gördüyünü bildirib. O, başqa təfərrüatları açıqlamayıb.

