Vasif Talıbovun qudası işdən çıxarıldıbackend

Vasif Talıbovun qudası işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru işdən azad edilib.

Editor.az  APA-ya istinadən bildirir ki, müəssisənin direktoru Bəhruz Əzimov öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.

Artıq onun yerinə təyin olan şəxsin adı məlumdur. Belə ki, Cəlal Mehdiyev müəssisənin direktoru təyin olunub.

Qeyd edək ki, Bəhruz Əzimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qudasıdır.