Vasili Nebenzya: Rusiyanı BMT Təhlükəsizlik Şurasına sədrlikdən uzaqlaşdırmaq cəhdləri gülüncdürbackend

Vasili Nebenzya: Rusiyanı BMT Təhlükəsizlik Şurasına sədrlikdən uzaqlaşdırmaq cəhdləri gülüncdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi dövlətlərin Rusiyanı BMT Təhlükəsizlik Şurasına sədrlikdən uzaqlaşdırıb onu hər hansı başqa ölkəyə ötürmək cəhdləri gülüncdür.

Editor.az bildirir ki, bu fikri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. Onun sözlərinə görə, “Əsas odur ki, bəzi ölkələrin bizi sədrlikdən sui-istifadə edə biləcəyimizi və sədrliyimizi başqasına ötürmək lazım olduğuna dair gülünc cəhdlərinə baxmayaraq, sədrlik həddi aşmadan keçdi”.

O, əlavə edib ki, bu cür çağırışlar “hər cür ağlagələn və ağlasığmaz qaydalara ziddir”. Nebenzya həmçinin bildirib ki, Qərbin və qondarma “Amerika dünyası”nın hökmranlığı tənəzzülə doğru gedir. ABŞ və onun müttəfiqlərinin Rusiya Federasiyasının sərhədlərində “rusofob və neonasist birləşmə” yaratmaq üçün sistemli və ardıcıl hərəkətləri beynəlxalq münasibətlər sistemində dərin böhrana səbəb olub.

//Samir Qurbanov,Editor.az