Amerika Birləşmiş Ştatları bu yardımdan faydalanmaq üçün Rusiya ilə qarşılıqlı əlaqə və Ukraynaya yardıma yanaşma tərzini yenidən formalaşdırır.
Editor.az xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox News telekanalına açıqlamasında deyib. O bildirib ki, Amerika xalqı yatırılan böyük sərmayənin qarşılığını görməlidir. Vals vurğulayıb ki, Vaşinqton Ukraynada tezliklə atəşkəs əldə olunmasını gözləyir.
Onun sözlərinə görə, bu istiqamətdə ilk addım ABŞ prezidenti Donald Trampla Rusiya prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı, ardınca isə Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları olub. Vals əlavə edib ki, Trampın Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə gələcək təmasları ABŞ-ın yanaşmasının yenidən formalaşdırılmasında yeni mərhələ sayıla bilər.
//Gülnarə Abasova, Editor.az