Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə hazırdırbackend

Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O”Brayen jurnalistlərə açıqlamasında deyib.

“Söhbət hər iki tərəf üçün nəyin daha faydalı olacağından gedir. Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyirlər. Biz bu prosesdə dost kimi iştirak edirik”, – o bildirib.