Vaşinqton Dallas Beynəlxalq Hava Limanı Donald Trampın adına verilsin – Respublikaçı konqresmenlər layihə təklif etdilərbackend

Vaşinqton Dallas Beynəlxalq Hava Limanı Donald Trampın adına verilsin – Respublikaçı konqresmenlər layihə təklif etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı konqresmen Qay Reşentaler və onun altı respublikaçı həmkarı martın 29-da ABŞ Nümayəndələr Palatasına Vaşinqton Dallas Beynəlxalq Hava Limanının ABŞ-ın keçmiş prezidenti Donald Trampın şərəfinə adının dəyişdirilməsi ilə bağlı H.R.

7845 saylı qanun layihəsi təqdim ediblər. Reşentaler aprelin 2-də yazıb: “Azadlıq. Rifah. Güc. Prezident Donald Trampın rəhbərliyi altında Amerika bu, mənim indiyə qədər malik olduğum ən yaxşı prezident idi”. Buna görə Dallas Beynəlxalq Hava Limanının onun adına verilməsini təklif edirəm”.

Respublikaçılar qrupunun qanun layihəsi ABŞ Nümayəndələr Palatasının demokrat üzvü, Dallas hava limanının yerləşdiyi Virciniya ştatından olan Gerri Konnolli tərəfindən ələ salınıb. “Donald Tramp 91 cinayət ittihamı ilə üz-üzədir. Əgər Respublikaçılar nəyisə onun adını vermək istəsələr, federal həbsxana tapmağı təklif edərdim”, – Konnolli aprelin 2-də X-də vurğulayıb.

//Samir Qurbanov, Editor.az