Vaşinqton HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırırbackend

Vaşinqton HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmiləri yaxın vaxtlarda Fələstində radikal HƏMAS hərəkatına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Editor.az bu barədə Amerikanın Axios
xəbər portalı məlumat yayıb. Əldə olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi bu həftə bir neçə HƏMAS liderinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Konkret olaraq departamentdə maliyyə kəşfiyyatı və terrorla mübarizəyə cavabdeh olan maliyyə nazirinin müavini Brayan Nelson buna eyham vurub. Rəsminin sözlərinə görə, Maliyyə Nazirliyi HƏMAS-ın maliyyələşdirilməsi və ümumilikdə terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün bütün mövcud vasitələrdən istifadə edəcək. Nelson vurğulayıb ki, ABŞ maliyyə xidmətləri və beynəlxalq maliyyə sistemləri HƏMAS-ın “zorakılıq kampaniyasını” gücləndirmək cəhdlərinə qarşı qoymalıdır.

Bildirilib ki, sanksiyalar ilk növbədə HƏMAS-ın Qəzza zolağından kənardan maliyyələşdirilməsi imkanlarını dayandırmağa yönələcək.

//Gülnarə Abasova, Editor.az