Vaşinqton səmasında təyyarə ilə helikopter toqquşdu: tələfat varbackend

Vaşinqton səmasında təyyarə ilə helikopter toqquşdu: tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanı təyyarə ilə bağlı fövqəladə vəziyyətə görə uçuşları dayandırıb.

X sosial şəbəkəsində verilən məlumata görə, kommersiya təyyarəsi hava limanı üzərində helikopterlə toqquşub və Potomak çayına düşüb.

X tərəfindən yayımlanan CCTV görüntülərində təyyarənin yerə enmək ərəfəsində helikopterə çırpılması, partlayış baş verdiyi, daha sonra təyyarənin qalıqlarının çaya düşdüyü görünür. WUSA9-un yayımına görə, hadisə yerində onlarla xilasedici qayıq var. ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, hava limanının saat 23:00-a qədər uçuşları qəbul etməsi və ya göndərməsi gözlənilmir və uçuş-enmə zolağı manevrləri saat 22:30-a qədər dayandırılıb.
NBC telekanalı xəbər verir ki, Vaşinqtonun Reyqan hava limanı yaxınlığındakı Potomak çayında xilasetmə əməliyyatı zamanı 4 nəfər sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Qəzaya uğrayan təyyarənin göyərtəsində ümumilikdə 64 nəfər olub. CNN American Airlines-ə istinadən xəbər verir ki, onlardan 60-ı sərnişin və 4-ü ekipaj üzvü olub.

//Samir Qurbanov, Editor.az