Vaşinqton-Tehran gərginliyi PİK HƏDDƏ: “Genişmiqyaslı münaqişə GÖZLƏNİLMİR”backend

Vaşinqton-Tehran gərginliyi PİK HƏDDƏ: “Genişmiqyaslı münaqişə GÖZLƏNİLMİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla ABŞ arasında genişmiqyaslı müharibə gözlənilmir. Çünki əvvəla İran özü heç bir münaqişədə birbaşa iştirak etmir. Tehran proksi vasitələri ilə müharibə aparır. Bəzən bir çox halda proksi dəstələrin kiməsə zərbə endirməsi halında özünü geri çəkir, hətta İran təkidlə bildirir ki, bu zərbələrin ona heç bir aiddiyatı yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, ABŞ Prezidenti Cozed Baydenin də bəyanatına görə, ABŞ İranla müharibə aparmaq fikrində deyil:

“Vaşinqton Tehrana müəyyən cavablar verəcək. Ancaq bu hansı halda, hansı zərbələrlə və hansı formada olacaq məlum deyil. ABŞ tərəfindən ola bilsin ki, Yaxın Şərq ölkələrinə səpələnmiş ABŞ bazalarına hücum edən proksi dəstələrə cavab hücumları təşkil olunsun, və ya İrana qarşı əlavə sanksiyalar tətbiq olunsun. Siyasi və ya diplomatik müstəvidə müəyyən addımlar atıla bilər. Yaxın zaman çərçivəsində bu proseslərin gedişatı tam aydın olacaq”.

//Gülnarə Abasova, Editor.az