Amerikanın Türkiyədəki səfirliyi İzmir limanında “USS Wasp” desant gəmisinin dənizçilərinə hücum xəbərinə reaksiya verib. Diplomatik missiya bu hadisəni təsdiqləyib, lakin əmin edib ki, hazırda bütün hərbi qulluqçular təhlükəsizdir.
Onlar həmçinin Ankaraya operativ reaksiyaya görə təşəkkür ediblər.
Xatırladaq ki, Türkiyə Gənclik Dərnəyinin fəalları Vaşinqtonun İsraili dəstəkləməsinə etiraz olaraq amerikalı dənizçiyə hücum edərək onun başına torba keçiriblər. Dərnəyin üzvləri gəmini Türkiyəni tərk etməyə çağırıblar. İzmir səlahiyyətliləri fəalların saxlanıldığını və istintaqın başladığını açıqladı.
//Samir Qurbanov, Editor.az