Vaşinqton Ukrayna münaqişəsini tez bir zamanda dayandıra bilər – Kremlin sözçüsü Dmitri Peskovbackend

Vaşinqton Ukrayna münaqişəsini tez bir zamanda dayandıra bilər – Kremlin sözçüsü Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vaşinqton Ukrayna münaqişəsini tez bir zamanda dayandıra bilər.

“Amerika Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilən ölkədir” -deyə o, “Bilik.Birinci” təhsil marafonunda bildirib.

Peskov öz nöqteyi-nəzərini bununla izah edib ki, ABŞ “bu münaqişədə həm birbaşa, həm də dolayısı ilə iştirak edən” ölkədir. Bundan əvvəl keçirdiyi brifinqdə Kreml nümayəndəsi qeyd edib ki, Ukraynadakı münaqişə bir gecədə bitə bilməz, lakin ABŞ prosesi sürətləndirməyə kömək edə bilər.

//Samir Qurbanov, Editor.az