Vaşinqton Ukraynanın Rusiyanın nüvə radiolokasiya stansiyalarına endirdiyi zərbələrdən narahatdırbackend

Vaşinqton Ukraynanın Rusiyanın nüvə radiolokasiya stansiyalarına endirdiyi zərbələrdən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynanın Rusiyanın nüvə radiolokasiya stansiyalarına endirdiyi zərbələrdən narahatdır.

“The Washington Post”un yazdığına görə, Birləşmiş Ştatlar Bayden administrasiyasının Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-götürməməyi düşündüyü bir vaxtda zərbələrin Moskvanı təhlükəli şəkildə qəzəbləndirə biləcəyindən ehtiyat edir.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi, “Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın ballistik raketlərinin erkən xəbərdarlıq məntəqələrinə son zərbələrindən narahatdır” deyib.

//Samir Qurbanov, Editor.az