“Vaşinqton və Brüssel Paşinyana siyasi dəstək verir”-AÇIQLAMAbackend

“Vaşinqton və Brüssel Paşinyana siyasi dəstək verir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri və dövlət katibi E. Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəngi belə bir görüşün təşkili ilə bu istiqamətdə addımlar atılır.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a bildirib ki, Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün N. Paşinyana siyasi dəstək verir:

“Çünki Rusiya Ermənistanda siyasi situasiyanı gərginləşdirir və sülhün əldə olunmasına qarşı N.Pasinyana qarşı etirazların davamlı olmasını təşviq edir. Moskva Vaşinqtonun təşəbbüsünün qarşısını almaq üçün xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək. Əsas məqsəd məhz sülh müqaviləsinin bağlanmasını uzatmaq və “status” məsələsini müzakirəyə çıxarmaqdır. Moskvanın bu planın qarşısını almaq üçün Vaşinqton və Brüsselin vasitəçiliyi proseslərə yeni dinamika verəcək. Bakı və İrəvan da məhz Vaşinqton və Brüsselin vasitəçiliyinə müsbət yanaşır”.

//Gülnarə Abasova, Editor.az