Vaşinqton və Paris Ukrayna məsələsində razılaşdılarbackend

Vaşinqton və Paris Ukrayna məsələsində razılaşdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken aprelin 2-də Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparıb.

Editor.az xəbər verir ki. bu barədə Dövlət Departamentinin saytı məlumat yayıb. Siyasətçilər “Ukraynanın Rusiya təcavüzünə qarşı azadlıq mübarizəsinə güclü dəstəyini bir daha təsdiqləyiblər”, – bəyanatda deyilir.

Amerika diplomatiyasının rəhbəri və Fransa prezidenti də İsrailin HƏMAS-a qarşı xüsusi əməliyyat keçirdiyi Qəzza zolağında gərginliyin qarşısını almaq üçün səylərin vacibliyini vurğulayıb. Dövlət Departamenti qeyd edib ki, digər məsələlərlə yanaşı, Çin ilə münasibətlər və qlobal ərzaq təhlükəsizliyi də görüşün əsas mövzuları olub.

//Samir Qurbanov, Editor.az