Vaşinqtona görə, Rusiya və Çin Avropanı təhdid etmirbackend

Vaşinqtona görə, Rusiya və Çin Avropanı təhdid etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Ceyms Vens Avropanı təhdidləri içəridə axtarmağa çağırıb. Donald Trampın sağ əli Rusiya və Çinin qitəni təhdid etmədiyini vurğulayıb.

Siyasətçi bəyan edib ki, Avropa üçün əsas təhlükə daxili problemlərin həll olunmamasıdır. Burada o, “mədəni təməli sarsıdan” miqrasiya siyasətini ön plana çıxarıb.

Bundan əlavə, Vens rəqabətsiz iqtisadi siyasət və təhlükəsizlik siyasətini də Avropanın daxili problemləri sırasına daxil edib. ABŞ vitse-prezidenti bildirib ki, Avropa Rusiyanı əsas təhlükə adlandırır, eyni zamanda ondan milyardlarla dollarlıq qaz alır. O əlavə edib ki, Avropa ÜDM-in cəmi 1%-ni müdafiəyə xərcləyir.

//Samir Qurbanov, Editor.az