Vaşinqtonda avtomobil oğurluğu 2018-ci ildən bəri üç dəfədən çox artıbbackend

Vaşinqtonda avtomobil oğurluğu 2018-ci ildən bəri üç dəfədən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtonda bir ayda oğurlanan avtomobillərin sayı 2018-ci ildən bəri üç dəfədən çox artıb.

Editor.az ABŞ mətbuatına istinadla xəbər verir ki, Metropolitendə Polis İdarəsinin (BŞBPİ) statistikasına əsasən, 2018-ci ildə paytaxtda bir ayda oğurlanmış avtomobillərin sayı 20-ni ötmədiyi halda, bu ilin aprel və may aylarında bu rəqəm 79-a çatıb. MPA-nın saytında paylaşılan qrafiklərdə Vaşinqtonda bir ayda oğurlanan avtomobillərin sayının 2019-cu ilin iyul ayında 21-ə, Covid-19 epidemiyasının yaşandığı 2020-ci ilin noyabrında isə bu rəqəmin 66-ya yüksəldiyi görülüb.

2022-ci ilin yanvar ayında paytaxtda avtomobil oğurluqlarının sayı 63-ə yüksəldiyi halda, ən aşağı olduğu mart və may aylarında belə bu rəqəmin 28-dən aşağı düşmədiyi müəyyən edilib. Polis hesabatlarında əks olunan rəqəmlərə görə, Vaşinqtonda 2018-ci ildən bəri ən çox avtomobil oğurluğu 2023-cü ildə baş veribsə, ilin yarısında ümumi rəqəm 327-yə çatıb. İl ərzində baş vermiş avtomobil oğurluqlarının 72-də silahdan istifadə edildiyi, oğurluq edən 43 nəfərin saxlanıldığı paylaşılıb. MPA məlumatları, həmçinin avtomobil oğurluğuna görə həbs olunanların əksəriyyətinin orta yaşının 15 olduğunu, oğurluqda iştirak edən gənclərin isə 12-yə qədər olduğu ortaya qoyulub.

//Gülnarə Abasova, Editor.az