Vaşinqtonda danışıqlar Ermənistanın məğlubiyyəti ilə başa çatır – Erməni mediasıbackend

Vaşinqtonda danışıqlar Ermənistanın məğlubiyyəti ilə başa çatır – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hraparak” qəzeti Vaşinqtonda keçirilən Bayramov-Mirzoyan danışıqlarından daxili məlumatlar əldə edib və bu detallar erməni tərəfini məyus edir.

Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar tərəfləri münasibətlərin normallaşmasına dair saziş imzalamağa sövq etməyə çalışır, lakin bu, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və Bakıya qarşı ərazi iddialarından imtina etməsi ilə baş verir.

“Eyni zamanda, Ermənistan tərəfi hələ ki Azərbaycanı Ermənistana iddialarından əl çəkməyə inandıra bilməyib. Mənbəmiz konkret olaraq hansı ərazilərdən danışdıqlarını açıqlamayıb, amma aydındır ki, söhbət anklavlardan gedir”, – qəzet qeyd edir.

Təbii ki, söhbət Qazax rayonunun bir neçə kəndindən, keçmiş AzSSR-in Ermənistan ərazisindəki eksklavlarından gedir. Erməni jurnalistlərin dərc etdiyi məlumatlar isə Azərbaycanın Vaşinqtonda qalib gəldiyini təsdiqləyir.

Milli.Az