Vaşinqtonda tarixi sənəd imzalandı – ABŞ, Azərbaycan və Ermənistan yeni dövrə başlayır – VİDEObackend

Vaşinqtonda tarixi sənəd imzalandı – ABŞ, Azərbaycan və Ermənistan yeni dövrə başlayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub və nəticə olaraq tarixi Bəyannamə imzalanıb.

Görüş zamanı tərəflər sülh, əməkdaşlıq və yeni strateji tərəfdaşlıq istiqamətində önəmli razılaşmalara imza atıblar.

Donald Tramp: “Azərbaycan və Ermənistan liderlərini belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəldiklərinə görə təbrik edirəm. Uzun illər bu münaqişəni bitirməyə çalışan vasitəçilər uğursuz oldu. Nəhayət, bu gün bu problem həll olunur”.

Tramp həmçinin qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanla enerji, ticarət və süni intellekt sahələrində əməkdaşlığı genişləndirəcək.

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin 99 illiyə ABŞ şirkətinə verilməsi barədə razılaşma da əldə olunub.

ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Musavat.com