Vaşinqtonda türklər erməni təxribatlarına icazə verməyibbackend

Vaşinqtonda türklər erməni təxribatlarına icazə verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il aprelin 24-də olduğu kimi, bu il də ABŞ-da ermənilər əsassız iddiaları gündəmə gətirmək üçün nümayiş keçirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ-dakı türk xalqı erməni təxribatına imkan verməyib.

Türkiyənin Vaşinqton səfirliyi və türk dərnəklərinin təşkil etdiyi nümayişə azərbaycanlılar da dəstək verib. Vaşinqton səfirliyi və səfirin iqamətgahı qarşısına toplaşan türk icması Türkiyəyə dəstək nümayişi təşkil edib. Erməni iddialarına və ABŞ prezidentinin 1915-ci il mesajına etiraz edilib.

Türkiyə səfirliyinin qarşısından keçən ermənilər əllərində çoxəsrlik yalanlarını əks etdirən təxribat xarakterli pankartlar gəzdirərkən türklər 1915-ci il iddialarının sadəcə yalan olduğunu bildirən pankartlarla cavab verib.

//Safura Bənnayeva, Editor.az