ABŞ senatorları Macarıstanın İsveçin NATO-ya daxil olmasına dərhal razılıq verməsində israr edir və vurğulayırlar ki, Budapeşt hərəkətə keçməsə, Vaşinqtonla münasibətlərinə düzəlməz zərər vura bilər.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Cardin Macarıstanın hazırkı hökumətinin hərəkətlərindən “dərin narahat olduğunu” bildirib və qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orba bu günə qədər Avropa İttifaqının Ukraynaya yardımını təxirə salıb, İsveçin NATO üzvlüyünə də mane olmağa davam edir.
“Tərəfdaşlar bunu etmirlər. Və mən onların vizasız proqramımız üçün etibarlı müttəfiq olub-olmamasına şübhə edirəm”, – o, mətbuat konfransında deyib. Alyansı dəstəkləmək üçün palatada səylərə rəhbərlik edən Senatda NATO Müşahidəçi Qrupunun həmsədri olan senatorlar Jeanne Shaheen və Thom Tillis Macarıstanı kursunu dəyişməyə çağıran bəyanatla çıxış ediblər. “Macarıstanın hərəkətsizliyi onun ABŞ və NATO ilə münasibətlərinə dönməz şəkildə xələl gətirmək riski daşıyır”, – bəyanatda deyilir.
//Samir Qurbanov, Editor.az

