Vaşinqtonun yeni həmləsi –“İranda rejimin güclənməsinə səbəb olur”-AÇIQLAMAbackend

Vaşinqtonun yeni həmləsi –“İranda rejimin güclənməsinə səbəb olur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib ki, “Narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq”. Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı da gecikməyib. İran Prezidenti İbrahim Rəisi Tehranda keçirilən tədbirdəki çıxış zamanı deyib ki, “Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, “Biz İranı azad etməyi hədəfləyirik” deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır”.

İrandakı aksiyaların genişlənməsində ABŞ və havadarların rolu var?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, İranda hər dəfə aksiya keçiriləndə ABŞ açıq şəkildə dəstəyini verir:

“Əslində hansısa ölkə digərinə müdaxilə edən zaman tam nəticəyə varmamışheç vaxt bu formada açıqlama vermir. Əgər ABŞ həqiqətən İranındakı daxili vəziyyəti qarışdırmaq, rejimin dağılmasını istəsəydi vəziyyət tam nəticə əldə edildikdən sonra aksiyaçılara dəstək olardı. ABŞ başqa ölkələrdə də vəziyyəti gərginləşdirən zaman sakit qalır, nəticəni əldə etdikdən sonra müdaxilə edir”.

Əhəd Məmmədli qeyd edir ki, Co Baydenin bu cür açıqlamaları İrandakı rejimi gücləndirir:

“İran liderləri də xalqa göstərməyə çalışır ki, bu işləri ABŞ reallaşdırır. Xalqda da rejimə inam formalaşır. ABŞ prezidentinin bu açıqlamaları İran aksiyaçılarına dəstək deyil. İran böyük ölkədir. Bir çox dövlətin orada marağı var.
Ümumiyyətlə hansısa ölkədə vəziyyət gərginləşirsə digərləri öz maraqlarına görə bundan istifadə etməyə çalışırlar”.
 
//Safura Bənnayeva, Editor.az