Vatikan Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır – Papabackend

Vatikan Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır – Papa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikan Ukrayna ilə Rusiya arasında birbaşa sülh danışıqları üçün öz ərazisində platforma təqdim etməyə hazır olduğunu bildirib. Bu barədə The Guardian nəşri Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, bu açıqlama Ukrayna Prezidenti Vladimir Zelenski ilə Papa Lev XIV arasında bu gün Vatikan şəhərində baş tutan görüşdən sonra verilib. Görüş zamanı tərəflər Rusiya-Ukrayna müharibəsini və “ədalətli və dayanıqlı sülhün təmin olunmasının vacibliyini” müzakirə ediblər.

Vatikan daha əvvəl də münaqişənin diplomatik yolla həllinə dəstək verdiyini bəyan etmişdi. Hazırkı təklif, birbaşa danışıqlar üçün neytral və mənəvi baxımdan nüfuzlu bir məkan axtarışının davam etdiyi dövrdə səslənib.

//Samir Qurbanov, Editor.az