Vatikanın dövlət katibi Azərbaycana gələcəkbackend

Vatikanın dövlət katibi Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov Roma Papası Fransiskə etimadnaməsini təqdimetmə mərasimindən sonra dövlət katibi kardinal Pietro Parolinlə görüşüb.

Görüşdə Pietro Parolin 2023-cü ildə Azərbaycana səfər edəcəyini bildirib və Ə.Muxtarovdan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib.

Danışıqlar zamanı tərəflər Azərbaycan ilə Vatikan arasında inkişaf edən yüksək əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, bunun dinlərarası və sivilizasiyalararası dialoq üçün əhəmiyyətini vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl Pietro Parolin Azərbaycana rəsmi dəvət olunmuşdu.

//Samir Qurbanov,Editor.az