İtaliya A seriyasında mübarizə aparan “Latsio” klubuna məxsus kosovalı bombardir Vedat Muriqinin yeni klubu bəlli olub. Editor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Muriqi İspaniyanın “Malyorka” klubuna transfer olunub. İspaniya və İtaliya təmsilçiləri arasında olan razılaşmadan sonra futbolçu ilə 4 illik müqavilə imzalanıb. İndiyədək onun adı Türkiyə nəhəngi “Qalatasaray” və Belçikanın “Klub Brüge” klubları ilə hallanırdı.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2020-ci ildə Türkiyənin “Fənərbaxça” klubundan İtaliyanın “Latsio” klubuna transfer olunmuşdu. Ancaq kosovalı oyunçu İtaliya təmsilçisində arzuolunan performansı göstərə bilməyib. O, çıxdığı 17 oyunda 5 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

