Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olan Vəfa Nağı ona ünvanlanan suallara cavab verməkdən yayınıb.
Yenicag.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi və “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı Vəfa Nağının seçicilərlə görüşündə ona gözlənilmz sual ünvanlayıb.
Qazi Vəfa Nağıya vətən üçün canlarından keçənləri nə adlandırdığını soruşub və ondan Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olub-olmamasını dəqiqləşdirməyi istəyib.
Vəfa Nağı isə Birinci Qarabağ müharibəsi qazisinin suallarına cavab verməkdən yayınaraq populist yanaşma sərgiləyib.
Daha ətraflı videoda:
Video Oynadıcı


