Vəkil 14 yaşlı oğlu tərəfindən öldürüldü – Dəhşətli hadisə – FOTObackend

Vəkil 14 yaşlı oğlu tərəfindən öldürüldü – Dəhşətli hadisə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə vəkil 14 yaşlı tərəfindən öldürülüb.

Editor.az  bakupost.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə saat 08:00 radələrində Sancaqtəpə Sarıqazi məhəlləsində baş verib.

Vəkil Fatih Gürbüz Karakoyunlunun həyat yoldaşı oğlu 14 yaşlı K. Karaqoyunlunu məktəbə aparmaq üçün evdən çıxıb.

Telefonunu unutduğunu deyib, geri qayıdan 14 yaşlı oğlan evə girərək otağında yatan atasına 20 bıçaq zərbəsi vurub.
Yeniyetmə dərhal anasının yanına qaçıb və evdə yad birinin olduğunu deyib.

Anası evə gedəndə ərini qanlar içində görüb.
Hadisə yerinə sağlamlıq və polis qrupları çağırılıb.

Vəkil Fatih Gürbüz Karakoyunlunun cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Qeyd edək ki, dünyasını dəyişən vəkil Fatih Gürbüz Karakoyunlun son parlament seçkilərində CHP-dən 1-ci Bölgə İstanbul Namizədi olub.

Hadisə ilə bağlı araşdırma aparılır.