Vəliəhd Şahzadə Bin Salman: Biz ABŞ ilə 300 milyard dollardan çox məbləğdə müqavilə imzalamışıqbackend

Vəliəhd Şahzadə Bin Salman: Biz ABŞ ilə 300 milyard dollardan çox məbləğdə müqavilə imzalamışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ ilə 300 milyard dollardan çox məbləğdə müqavilə imzaladıqlarını açıqlayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda çıxış edib.

Editor.az xəbər verir ki, Səudiyyə vəliəhdi ölkəsinin ABŞ ilə əlaqələrinin tarixinə toxunub.

“Ölkəmizin ABŞ ilə 92 il əvvəl başlayan dərin iqtisadi əlaqələri var. Bu gün ABŞ ilə 600 milyard dollarlıq tərəfdaşlıq imkanları üzərində işləyirik. Ortaq investisiyalar ABŞ ilə iqtisadi əlaqələrimizin ən mühüm sütunlarından biridir”,- deyə o bildirib.

Ölkəsinin iqtisadiyyatının hazırda regionun “ən böyük iqtisadiyyatı” olduğunu bildirən Bin Salman fikirlərinə davam edib: “ABŞ ilə 300 milyard dollardan çox dəyərində müqavilələr imzaladıq. Səudiyyə Ərəbistanına qoyulan xarici investisiyaların dörddə biri ABŞ şirkətlərindəndir”.

Bin Salman ABŞ və Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 2013-2024-cü illər arasında 500 milyard dollara çatdığını bildirib.

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Strateji İqtisadi Tərəfdaşlıq Sənədini imzalayıb.

//Gülnarə Abasova, Editor.az