Vendy Şerman: Çin Rusiyanın aqibətindən dərs almalıdırbackend

Vendy Şerman: Çin Rusiyanın aqibətindən dərs almalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən ABŞ dövlət katibinin müavini Vendy Sherman deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Moskvaya iqtisadi dəstək verəcəyi təqdirdə Çinə nə ilə üzləşə biləcəyini “yaxşı başa düşməyi” təmin etməlidir.

Bu barədə Editor.az “Qolos Amerika”ya istinadən xəbər verir. Şermanın fikrincə, Putin və rus oliqarxlarına qarşı ABŞ və onun tərəfdaşları tərəfindən koordinasiya edilən sanksiyalar və ixraca nəzarət tədbirləri Çin rəhbərliyi üçün yaxşı nümunə ola bilər. “Düşünürəm ki, bu tədbirlər prezident Xiyə Putini hər hansı bir formada dəstəkləyəcəyi halda, başına nələr gələ biləcəyini anlamağa kömək edəcək”.

Şermanın sözlərinə görə, Pekin Qərbin Ukraynadakı müharibəyə koordinasiyalı reaksiyasından “düzgün dərs almalı” və başa düşməlidir ki, Çinin demokratik Tayvanı güc yolu ilə ələ keçirmək üçün istənilən mümkün addımı qəbuledilməzdir. “Ümid edirik ki, ÇXR bu yöndə hər hansı hərəkətin təkcə ABŞ-ın deyil, beynəlxalq ictimaiyyətin də reaksiyasına səbəb olacağını başa düşür”, – deyə Şerman bildirib.

Xatırladaq ki, Çin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını pisləməkdən və ya işğal adlandırmaqdan imtina edib və Qərbin Moskvaya qarşı sanksiyalarını tənqid edib. Bununla belə, yüksək səviyyəli çinli diplomat keçən həftə Pekinin bu sanksiyalardan bilərəkdən yan keçmədiyini də bildirib. Şermanın sözlərinə görə, Buçada ukraynalı mülki şəxslərin güllələnməsini əks etdirən görüntülər yayılandan sonra Çin Rusiya ilə daha sıx əlaqələr qurmaqda tərəddüd edir. “Mən demək istəmirəm ki, onlar Rusiyanı tərəfdaş kimi görmürlər, görürlər. Lakin onlar açıq şəkildə Rusiya ilə əlaqələrini alyans adlandırmırlar”, – dövlət katibinin müavini qeyd edib.

Editor.az