Venesuela hakimiyyəti ABŞ-ın bu ölkədəki səfirliyinə qarşı mümkün terror hücumu barədə xəbərdarlıq edib.
Editor.az xəbər verir ki, bu barədə Milli Assambleyanın prezidenti Xorxe Rodrigezin açıqlamasına istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Rodrigezin sözlərinə görə, sağçı ekstremist qruplar ABŞ səfirliyini hədəf alan “yalançı bayraq əməliyyatı” planlaşdırırlar. O, məsələnin təfərrüatları barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, son günlər Vaşinqton və Karakas arasında münasibətlər yenidən gərginləşib. Bu, ABŞ-ın narkotik kartellərinə qarşı mübarizə məqsədilə regiona qoşun göndərməsi ilə bağlıdır.
“The Washington Examiner” nəşrinin yazdığına görə, ABŞ ordusu Venesueladakı müəyyən hədəflərə qarşı əməliyyat keçirməyə hazırlaşır.
// Gülnarə Abasova, Editor.az

