Venesuela: ABŞ-ın sanksiyaları yüngülləşdirilməsi doğru qərardır, lakin kifayət deyilbackend

Venesuela: ABŞ-ın sanksiyaları yüngülləşdirilməsi doğru qərardır, lakin kifayət deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı neft sanksiyalarını yumşaltmaq qərarını “doğru istiqamətdə atılan addım” kimi qiymətləndirsə kafi olmadığını bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Maduro paytaxt Karakasda təşkil edilən mətbuat konfransında məsələni dəyərləndirib. Vaşinqtonun ölkəsinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları ABŞ-ın keçmiş prezidenti Donald Trampın Venesuelanı “dünyadakı iqtisadi sistemdən” çıxarmaq cəhdi kimi xarakterizə edən Maduro, “Azad seçki istəyirlərsə, biz də sanksiyalarsız seçki istəyirik”, -deyib. Maduronun bəyanatı Vaşinqtonun ABŞ-ın neft şirkəti Chevron-a Venesuelada hasilatı artırmağa və ölkənin xam neftini ABŞ-a gətirməsinə icazə verdikdən sonra verilib.

Qeyd edək ki, ABŞ-ın noyabrın 27-də verdiyi açıqlamada Venesuelada tərəflərin razılığını dəstəkləmək üçün neft sanksiyalarını yumşaltmağa qərar verdiyi açıqlanıb. ABŞ-ın sanksiyalarının yumşaldılması qərarından sonra Venesuela neftinin çıxarılması üçün neft nəhəngi Chevron ilə müqavilə imzalandığı açıqlanıb.

//Gülnarə Abasova, Editor.az