Venesuela Peru ilə diplomatik münasibətləri kəsdibackend

Venesuela Peru ilə diplomatik münasibətləri kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Hil Pinto bildirib ki, Venesuela hakimiyyəti Peru ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Onun sözlərinə görə, bu, Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaechanın seçkilərin rəsmi nəticələrini tanımayan bəyanatları fonunda baş verib. İyulun 29-da Venesuela Latın Amerikası ölkələrindən, o cümlədən Perudan seçkinin nəticələrini tanımayan diplomatlarını geri çağırdığını elan edib.

Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri “Venesuela Bolivar Respublikası Hökuməti 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – deyə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Xatırladaq ki, bundan əvvəl Peru, Uruqvay, Argentina, Kosta-Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay və Dominikan Respublikasının hakimiyyət orqanları birgə bəyanatda Venesuela hakimiyyətindən Nikolas Maduronun qalib gəlib gəldiyi prezident seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

//Samir Qurbanov, Editor.az