Venesuela qonşu Qayananın yarıdan çoxuna ərazi iddiası irəli sürübbackend

Venesuela qonşu Qayananın yarıdan çoxuna ərazi iddiası irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela qonşu Qayana ərazisində yerləşən Essequibo bölgəsinin özünün ərazisi olduğunu iddia edir.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı məcburi olmayan referendum keçirilib. Xalqın 95 faizi ilhaqın əleyhinə səs verib.

Digər tərəfdən Beynəlxalq Ədalət Məhkəməsinin Qayana ilə ərazi mübahisəsi ilə bağlı yurisdiksiyası referendumla rədd edilib.

Dekabrın 3-də keçirilən səsvermədə neftlə zəngin Essequibo bölgəsində yeni dövlətin qurulmasına dəstək verilib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin Venesuelaya regionda status-kvonu dəyişdirəcək hər hansı addımı qadağan etməsindən sonra Venesuela prezidenti Nikolas Maduro 5 maddədən ibarət “məsləhətçi” referendum keçirmək qərarına gəlib.

Səsvermə nəticəsində “hə” səsləri 10,5 milyonu keçib və nisbət 95 faiz elan edilib. Ölkədə 20 milyon seçicinin olduğunu nəzərə alsaq iştirak çox aşağı görünür.

Pərdə arxasında olanların fikrincə, referendum Maduronun güc nümayişindən başqa bir şey deyil. O, 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərindən əvvəl ictimaiyyətin hökumətə dəstəyini yoxlamaq üçün belə bir referendum keçirib.

Beynəlxalq Ədalət Məhkəməsinin mübahisəli bölgə ilə bağlı yekun qərarını verməsi üçün illər lazım olacağı gözlənilir. Venesuela isə problemin məhkəmə yolu ilə deyil, iki ölkə arasında həll edilməli olduğunu bildirir.

//Səbinə Hüseynli, Editor.az